İdman
gimnastikadan
başlayır
13 noyabr 2026
Çində keçirilən batut gimnastikası üzrə gənclər arasında Dünya çempionatında gimnastlarımız uğurlu çıxışlarını davam etdirirlər.
Fərdi proqram üzrə təsnifat mərhələsində mübarizə aparan təmsilçilərimiz Samirə Hüseynova və Ammar Baxşalıyev yüksək nəticələr göstərərək yarımfinala vəsiqə qazanıblar.
Samirə Hüseynova 93.150 xalla 14-cü, Ammar Baxşalıyev isə 100.660 xalla 6-cı pillədən növbəti mərhələyə yüksəlib.
Gimnastlarımız noyabrın 15-də keçiriləcək yarımfinal mərhələsində finala vəsiqə uğrunda mübarizəni davam etdirəcəklər.