İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Dünya Çempionatında iştirak edib

22 oktyabr 2021

Gimnastlarımız Dünya Çempionatında iştirak edib

Tokio-2020 Olimpiya Oyunlarından sonra Yaponiya bu dəfə idman gimnastikası üzrə Dünya Çempionatına ev sahibliyi etdi.

Kitakyuşu şəhərində təşkil edilmiş yarışda Azərbaycan təmsilçiləri də iştirak etdi.

Kişi idman gimnastikası üzrə yarışlarda Yaponiyaya daha öncə Olimpiadada iştirak üçün səfər etmiş İvan Tixonov da çıxış edib. Təmsilçimiz bu dəfə iki alətdə - dayaqlı tullanma və turnikdə çıxışlarını nümayiş etdirib.

Qadınların yarışında isə Samirə Qəhrəmanova və Milana Minakovskaya iştirak edib. Milana çoxnövçülükdə, Samirə isə dayaqlı tullanma, gimnastika tiri və sərbəst hərəkətlərdə üzrə yarışlarda çıxış edib.