İdman
gimnastikadan
başlayır
05 oktyabr 2025
3-5 oktyabr tarixlərində Fransanın Antibes şəhərində tamblinq üzrə Dünya kuboku keçirilib. Kubokda ölkəmizi milli komandanın üzvləri Tofiq Əliyev və Adil Hacızadə təmsil ediblər. Mövsümün son Dünya kubokunda gimnastlarımız Tofiq Əliyev 29.200 xalla qızıl medalın, Adil Hacızadə isə 26.800 xalla bürünc medalın sahibi olublar.
Gimnastlarımızı bu nailiyyət münasibətilə təbrik edirik!