İdman
gimnastikadan
başlayır
19 may 2025
16-18 may tarixlərində Fransanın Tuluza şəhərində keçirilən aerobika gimnastikası üzrə beynəlxalq turnirdə milli komandamızın üzvləri uğurla çıxış edərək vətənə medallarla qayıdıblar.
Yarışda qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.800 xal toplayaraq qızıl medal qazanıblar.
Böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva 15.118 xalla ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16.250 xalla bürünc medalın sahibi olub.
Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17.413 xalla turnirin bürünc mükafatçıları sırasında yer alıb.
Uğurlu nəticə göstərən gimnastlarımızı təbrik edir, onlara gələcək yarışlarda da yeni nailiyyətlər arzulayırıq!