İdman

gimnastikadan

başlayır

Gimnastlarımız ilin son Avropa çempionatında iştirak etdilər

21 dekabr 2020

Gimnastlarımız ilin son Avropa çempionatında iştirak etdilər

17-20 dekabr tarixlərində daha bir Avropa çempionatı – qadın idman gimnastikası üzrə qitə birinciliyi təşkil edildi. İlin son irimiqayaslı beynəlxalq yarışı Türkiyənin Mersin şəhərində təşkil edildi.

Çempionatda 16 ölkədən ümumilikdə 88 gimnast öz gücünü sınadı.

Bu yarışda ölkəmizi qadın idman gimnastikası üzrə yığmanın üzvləri – gənclər arasında Milana Minakovskaya, böyüklər arasında isə Marina Nekrasova və Samirə Qəhrəmanova təmsil etdi.

Təəssüflər olsun ki, qızlarımız bu yarışda finala adlaya bilməyiblər. Gimnastlarımızdan ən yaxşı nəticəni Marina Nekrasova göstərib, dayaqlı tullanma alətində çıxışına görə 16-cı yerdə qərarlaşıb.