İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Ümumdünya Universiadasında çıxışlarını başa vurublar

05 avqust 2023

Gimnastlarımız Ümumdünya Universiadasında çıxışlarını başa vurublar

Bədii gimnastlarımızın ardınca Çinin Çenqdu şəhərində keçirilən Ümumdünya Universiadasında idman gimnastlarımız mübarizəyə qoşulublar.
Bu növ üzrə yarışların ilk günündə çoxnövçülük, eləcə də ayrı-ayrı alətlər üzrə finala təsnifat yarışları keçirilib.
Ölkəmizi çoxnövçülük proqramında İvan Tixonov, halqalar ilə hərəkətlərin icrasında isə Nikita Simonov təmsil edib.
Təsnifat yarışının ilk günü 6 alətlə çıxış nümayiş etdirən İvan çoxnövçülük, Nikita isə halqalar ilə hərəkətlərin icrasında finala vəsiqəni təmin edib.
Həlledici mərhələdə Nikita Simonov 5-ci, İvan Tixonov isə 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, bundan öncə bədii gimnastımız Zöhrə Ağamirova Azərbaycan yığma komandasının aktivinə Universiadanın 3 medalını (2 gümüş, 1 bürünc) yazdırmışdı.