İdman

gimnastikadan

başlayır

Gimnastlarımızdan 2023-cü ilin ilk medalları 

06 fevral 2023

Gimnastlarımızdan 2023-cü ilin ilk medalları 

Macarıstanda bədii gimnastika üzrə keçirilən “Gracia Fair Cup” beynəlxalq turniri başa  çatıb. Yarışda ölkəmizi yığma komandamızın üzvləri ilə yanaşı, “Ocaq Sport” klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. 
Millimizin üzvlərindən çoxnövçülük üzrə Fidan Qurbanlı qızıl, Alina Məmmədova isə bürünc medala sahib çıxıb. “Ocaq Sport” klubunun üzvləri də çoxnövçülük yarışlarında onlara bəslənilən ümidləri doğruldublar. Maya Kozaçuk, Nilay Quliyeva və Məryəm Baloğlanova bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar. 

Yığma komandamızın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəlsə də təəssüf ki, medal əldə edə bilməyib.