İdman

gimnastikadan

başlayır

Gimnastların Qaxda ustad dərsləri

29 iyun 2021

Gimnastların Qaxda ustad dərsləri

28 iyun tarixində Azərbaycan Gimnastika Federasiyası (AGF) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qaxda uşaqlar üçün batut gimnastikası üzrə ustad dərsləri keçirilib.

“Kiçik çempionlar” adlı ustad dərslərində Qax rayonunda yaşayan 50 uşaq iştirak edib. Dərsdə iştirakçılara batut gimnastikası, bu növdə istifadə olunan alət haqqında, eləcə də batutçularımız və onların uğurları barədə ətraflı məlumat təqdim edilib.

Ustad dərsləri üçün batut gimnastikası üzrə yığma komandanın üzvləri – Maqsud Mahsudov, Selcan Mahsudova, Hüseyn Abbasov və Şəfiqə Hümbətova, həmçinin komandanın məşqçiləri də Qaxa səfər ediblər. Gimnastlar batut üzərində çıxışlarını icra edərək, tədbirdə iştirak etmiş uşaqlara ustad dərsləri keçiblər.

Alət haqqında ətraflı məlumat əldə etdikdən sonra uşaqlar da müxtəlif elementləri yerinə yetirməyə çalışaraq batut üzərində öz bacarıqlarını yoxlayıblar.

Tədbirin sonunda uşaqlara “Regional İnkişaf” İctimai Birliyi tərəfindən sertifikat, AGF tərəfindən hədiyyə təqdim edilib.