İdman

gimnastikadan

başlayır

Marina Nekrasovadan qızıl medal

07 sentyabr 2019

Marina Nekrasovadan qızıl medal

Bu gün, daha bir medal xəbəri Macarıstandan gəlib.

Belə ki, Sombatxey şəhərində 25 ölkənin iştirakı ilə keçirilən idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunda bu gün final yarışları baş tutub.

Azərbaycan yığma komandasının üzvü, yarışlarda yeganə təmsilçimiz Marina Nekrasova dayaqlı tullanma proqramında bütün rəqiblərini üstələyərək, qızıl medala sahiblənib. Gimnastımız bu uğura 14.183 xal toplamaqla nail olub.