İdman

gimnastikadan

başlayır

QORİNA BURQASDA 5-Cİ YERİ TUTUB

03 may 2010

QORİNA BURQASDA 5-Cİ YERİ TUTUB

Azərbaycan gimnastı Dina Qorina Bolqarıstanın Burqas şəhərində keçirilən beynəlxalq turnirdə 5-ci yeri tutub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, o, halqa ilə yarışın final mərhələsində beşinci yeri tutub. İp və lentlə Qorina 7-ci nəticəni əldə edib, çoxnövçülükdə isə 9-cu olub.

"Hesab edirəm ki, Dina Bolqarıstanda çox yaxşı çıxış edib və mən onun gözlərində inkişaf etmək və irəliyə getmək cəhdi gördüm", - yığmamızın baş məşqçisi Mariana Vasileva qeyd edib. - "Əlbəttə, onun potensialı var, o ki, qrupda uzun vaxt və kifayət qədər uğurla çıxış edib. Bununla belə, o, hələ ayrı-ayrı növlərlə, məsələn, topla diqqət və dəqiqliklə işləməlidir".

Daha bir beynəlxalq tirnir Rusiyanın Vladimir şəhərində keçirilib. Azərbaycan gimnastlarından ən yaxşı nəticəni 11 yaşlı Emiliya Bağıyeva (öz yaş qrupunda 4-cü yer) və Nülufər Niftəliyeva (1998-ci il təvəllüdlü, 6-cı yer) göstəriblər.

Mayın 7-9-da isə Fransanın Korbey-Esson şəhərində Dünya Kubokunun növbəti mərhələsi keçiriləcək. Həmin yarışda Anna Qurbanova və Samirə Mustafayeva iştirak edəcəklər.