16 noyabr 2009
Azərbaycan gimnastı Anna Qurbanova Lüblyanada beynəlxalq turnirin qalibi olmuşdur.
Qurbanova proqramın bütün növlərində iştirak etmiş və uğur hər zaman onun tərəfində olmuşdur: 5 medal!
Anna iplə (25.867 xal), halqa ilə (25.467), topla hərəkətlərdə (26.683) və çoxnövçülükdə (102.658) birinci olmuşdur.
Azərbaycanlı gimnast yalnız lenti ram edə bilməmişdir, və nəticə etibarilə, Azərbaycan Gimnastika Federasiyasının verdiyi məlumata görə, gümüş medal əldə olunmuşdur (24.642).
Eyni zamanda digər aparıcı gimnast Aliyə Qarayeva İspaniyanın Bilbao şəhərində çıxış edirdi; lakin o, müsabiqədə yox, Qala-şouda bacarıqlarını nümayiş etdirirdi. Onun qala-çıxışı heç kimi biganə qoymamışdır və bask şəhərciyinin tam dolu bu zalı gimnastımızı sürəkli alqışlamış və çıxışını təkrar etməyə çağırmışdır.