İdman

gimnastikadan

başlayır

QURBANOVA İTALİYADAKI KLUB ÇEMPİONATINDA İŞTİRAK EDİB

25 oktyabr 2010

QURBANOVA İTALİYADAKI KLUB ÇEMPİONATINDA İŞTİRAK EDİB

  Azərbaycan gimnastı Anna Qurbanova hər il İtaliyada keçirilən klub çempionatında iştirak edir. Çempionatın ilk turu Desio şəhərində keçirilir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Qurbanova ən güclü komandalar qrupunda, yəni A1 seriyasında çıxış edir. Bir il əvvəl olduğu kimi, o, yenidən "Komense 1872" klubunda çıxış edir.

Ötən turda gimnastımıza lentlə çıxış etmək həvalə olunmuşdu. Yarışın nəticələrinə görə, o, yüksək 26.05 bal əldə etmişdi.

Qurbanovanın klubu 26 xal toplayaraq, hələlik 9-cu yerdədir, liderlərdən 15 bənd geri qalır.

İtaliyanın Aretso şəhərində noyabrın 6-da keçiriləcək klub çempionatının ikinci turunun iştirakçılarına digər Azərbaycan gimnastı Aliyə Qarayeva da qoşulacaq.

O, bir dərəcə aşağı, yəni А2 seriyasında çıxış edərək, "Ritmika" komandasının tərkibində yarışacaq. Birinci turdan sonra Qarayevanın klubu 36 xalla 3-cü yeri tutur.

İtaliya çempionatının mərhələləri arasındakı fasilədə Qarayeva və Qurbanova Qran-pri finalında çıxış edəcəklər. Bu yarışdakı həlledici mərhələ oktyabrın 30-31-də Berlində keçiriləcək.