13 fevral 2025
8-11 fevral tarixlərində Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “2025-2028 beynəlxalq hakimlik kursları” keçirilib. Kurslarda akrobatika gimnastikası üzrə hakimlərimiz müxtəlif kateqoriyalara yiyələniblər.
İradə Qurbanova – Kateqoriya 3
Abdulla Əl-Məşayxi – Kateqoriya 3
Leyla Əliyeva – Kateqoriya 3
Lalə Abdullayeva – Kateqoriya 4
Aynur Yusufova – Kateqoriya 4
Beynəlxalq hakimlik kursları Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən hər Olimpiya dövründə təşkil olunan, beynəlxalq hakimlər üçün nəzərdə tutulan xüsusi təlim proqramıdır. Kurslar gimnastika növləri üzrə qaydaların dərindən öyrənilməsi, praktiki məşqlər və imtahanlardan ibarətdir. Kursların keçirilməsində məqsəd beynəlxalq səviyyədə keçirilən yarışlarda ən dəqiq və obyektiv qiymətləndirməni təmin etmək üçün hakimlərin bilik və bacarıqlarını artırmaqdır.
Kurslar çərçivəsində iştirakçılar:
- Yeni qaydalar və təlimatlarla tanış olur,
- Məşq zamanı müxtəlif gimnastika çıxışlarını qiymətləndirir,
- Ən yüksək nəticə göstərmək üçün imtahanlardan keçirlər.
Hakimlərin kateqoriyaları onların beynəlxalq yarışlarda hansı səviyyədə çıxışları qiymətləndirə biləcəyini müəyyən edir. 1-ci kateqoriya isə ən yüksək səviyyə hesab olunur və yalnız seçilmiş hakimlər bu kateqoriyaya layiq görülürlər.
Bu hakimlik kurslarında Azərbaycan hakimlərinin yüksək peşəkarlıq nümayiş etdirməsi milli gimnastika ictimaiyyətimiz üçün tarixi hadisədir.
Hakimlərimizi əldə etdikləri bu nailiyyət münasibətilə təbrik edirik!