İdman

gimnastikadan

başlayır

Gürcüstandan medal sevinc

16 noyabr 2025

Gürcüstandan medal sevinc

12–17 noyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində bədii gimnastika üzrə beynəlxalq yarış keçirilib. Yarışda iştirak edən milli komandamızın üzvləri uğurlu nəticələr göstəriblər.

Belə ki, Şəms Ağahüseynova halqa və top ilə proqramlarda 1-ci yer, çoxnövçülük və lent üzrə 2-ci yer, gürzlərlə proqramda isə 3-cü yerin sahibi olub. Gövhər İbrahimova isə gürzlərlə və çoxnövçülükdə 2-ci yer, lent ilə proqramda isə 3-cü yerə layiq görülüb.

Gimnastlarımızı təbrik edirik!