İdman

gimnastikadan

başlayır

GYMGALA-nın yeganə bədii gimnastika təmsilçiləri Lotto Arenasında

14 dekabr 2016

GYMGALA-nın yeganə bədii gimnastika təmsilçiləri Lotto Arenasında

10-11 dekabr tarixlərində Belçikanın Antverpen şəhərində 18-ci GYMGALA keçirilib.

Tədbirin təşkilatçıları tərəfindən dəvət olunmuş Azərbaycanın qrup hərəkətləri komandası da bu şouda maraqlı çıxışları ilə yadda qalıblar. Belə ki, GYMGALA-nın yeganə bədii gimnastika təmsilçiləri olan Siyana Vasileva, Ayşən Bayramova,  Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celepden ibarət  qrupumuzun 5 lent, o cümlədən 3 gürz və 2 halqa ilə icra etdikləri kompozosiyalar Lotto Arenasına toplaşmış tamaşaçılara zövqlü anlar yaşadıb.

Şounun ulduz idmançıları arasında bu il Rioda baş tutan Yay Olimpiya Oyunlarının idman gimnastikası üzrə çempionları Oleq Vernyayev və Sanne Vevers, həmçinin batut gimnastikası üzrə qızıl medalçısı Vladislav Qonçarov da yer alıb.

Ümumilikdə tədbirdə Azərbaycanla yanaşı, Belçika, Böyük Britaniya, Rusiya, Ukrayna, İsrail, Danimarka və Niderlanddan olan tanınmış gimnastlar çıxış ediblər.