İdman

gimnastikadan

başlayır

Gimnastika “ünsür”ü

26 aprel 2018

Gimnastika “ünsür”ü

Bəşəriyyətin yaradılışında mühüm rol oynayan “Su”, “Od”, “Yel” və “Torpaq” ünsürləri bu dəfə bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasiminin əsas mövzusudur.

Qədim tarixdən bu günə kimi haqqında bir çox hekayələr qoşulan  bu ünsürlər gimnastların təqdimatında yeni nəfəslə tamaşaçılara təqdim olunacaq. Kompozisiyanın quruluşçu rejissorları fəlsəfi ideyalardan ilhamlanaraq, həyati vacib ünsürlərin yalnız yer kürəsinin yaradılışında deyil, idmanda da mühüm əhəmiyyət daşıdığını xüsusi şəkildə nümayiş etdirəcəklər.

Müasir işıq effektləri, böyük monitorda yayımlanacaq inikaslar, hərəkətli musiqilər bir vəhdət təşkil edərək, böyük bir şouya çevriləcək. 

Möhtəşəm kompozisiyada həmişə olduğu kimi gimnastika növləri üzrə milli komandaların üzvləri və xoreoqrafları iştirak edəcəklər.

Xatırladaq ki, bədii gimnastika üzrə Dünya Kuboku 27 aprel tarixində start götürəcək.