İdman

gimnastikadan

başlayır

MEYDANÇADA BALAKƏN GİMNASTLARI!

01 fevral 2008

MEYDANÇADA BALAKƏN GİMNASTLARI!

Azərbaycanda gimnastikanın inkişaf etmə coğrafiyası genişlənməkdə davam edir. Şərqi Sumqayıtda, qərbi Gəncədə və şimali Dəvəçidə bölmələr açıldıqdan sonra, indi də Balakəndə gimnastikanın daha bir şimali ocağı meydana gəldi.
Keçmişdə idman gimnastı olan bölmə rəhbəri Səfər Gəncəyevin bildirdiyinə görə, Balakənin gənc gimnastları artıq ilk çıxışlarına – martda keçiriləcək Azərbaycan birinciliyinə hazırlaşırlar.
- Biz, ölkənin idman rəhbərliyinin bölgələrdə gimnastikanı inkişaf etdirmək çağırışına diqqət yetirdik və Nəsimi adına 2 saylı şəhər orta məktəbində bu bölməni yaratdıq, - deyə S. Gəncəyev bildirir. Məşqlər gimnastika zalında hələlik həftədə üç dəfə keçirilir, 10-15 nəfər məşq edir, onların arasında qızlar da vardır. Əminəm ki, tezliklə Balakəndə milli yığmalara cəlb olunacaq ümidverici idman gimnastları meydana gələcək.
Yeni idman növü, Balakəndə rayon üzrə Gənclər və İdman İdarəsinin qayğılarını artırıb. Lakin belə qayğılarla məşğul olmaq xoşdur, - deyə, İdarənin rəisi Rasim Paçalov bildirir.
- Bütün alətlər ARDNŞ-in hesabına əldə olunub, zalın təmirinə isə Balakənin İcra Hakimiyyəti köməklik göstərib. Burada həm milli komandanın, həm də qonşu dövlətlərin idmançıları ilə birgə toplanışlar keçirmək olar. Bu, xüsusilə yayda Balakən sanki bir İsveçrəyə çevriləndə də mümkündür. Çində keçiriləcək Olimpiadada Balakən bir paralimpiyaçı – nüvə itələmə idman növü ilə təmsil olunacaq, bu bizim üçün bir nailiyyətdir və, biz, bununla fəxr edə bilərik. İnşallah, haçansa, Balakənin gimnastları da Azərbaycan komandasının tərkibində Olimpiya Oyunlarında iştirak edəcəklər.
Yerli hakimiyyət Balakən uşaqlarının gimnastika üzrə təhsil almaları təşəbbüsünü tamamilə dəstəkləyir. Balakən rəhbərinin müavini Nəzakət Rüstəmova hesab edir ki, rayonda gimnastikanın inkişafına əsaslı surətdə yanaşmaq lazımdır.
- Bu gün, bir çox valideynlər maraqla məşqlərə tamaşa etmək üçün uşaqlarının əllərindən tutaraq, gimnastika zalına gətirirlər. Əsas odur ki, uşaqların özlərinin gimnastika ilə məşğul olmağa həvəsləri var, - deyə, o, xüsusilə qeyd etdi. Tezliklə Balakəndə İdman kompleksi istismara veriləcək, burada müxtəlif yarışlar, o cümlədən gimnastika üzrə yarışlar da keçirmək mümkün olacaq. Beləliklə, yeni şagirdlərin axını bizim bölmədə artacaq, gimnastika üzrə gələcək milli kadrlar problemi artıq gündəmdə olmayacaq.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti qeyd edir ki, ölkənin bütün regionlarında gimnastikanın inkişafına xüsusi əhəmiyyət veriləcək. Əminlik ifadə etmək istərdik ki, təkcə Balakəndə deyil, respublikanın digər şəhərlərində də gimnastika bölmələri açılacaq, inşa edilmiş olimpiya komplekslərində ərazidə yerləşən idman təşkilatları tərəfindən, xüsusilə yerli gənclər arasında gimnastika üzrə vaxtaşırı həm məşqlər, həm də yarışlar keçiriləcək. Mehriban xanım Əliyevanın başçılıq etdiyi Azərbaycan Gimnastika Federasiyası öz növbəsində buna köməklik göstərəcək, entuziastları şövqləndirəcək, çünki nəticədə belə tədbirlər gimnastikanın daha da inkişaf etməsinə xidmət edəcək.