24 may 2014
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatına görə, Səbinə Abbasova, Aliyə Paşayeva, Aleksandra Platonova, Siyana Vasileva, Diana Doman və Aynur Mustafayevadan ibarət qrup komandamız finalda gürzlərlə çıxış edərək qalib olub. Bundan əvvəl gimnast qızlarımız qrup üzrə çoxnövçülükdə üçüncü yeri tutmuşdur.
Fərdi yarışlarda çıxış edən Marina Durunda gürz və lent oynatma üzrə üçüncü yeri tutmuşdur. Yığmanın məşqçi heyəti halqa ilə ən yaxşı ünsiyyət qurmuş səkkiz gimnastlar siyahına öz adını yazdıran 16 yaşlı Gülsüm Şəfizadənin final çıxışını da uğurlu hesab edir.
Yeniyetmələr arasında isə gimnastlarımızdan Jalə Piriyeva top və lentlə oyunlarda ikinci, Züleyxa İsmayılova həlqə yarışlarında üçüncü olmuşlar. İdmançılarımız bu növ üzrə komanda yarışlarında üçüncü yeri tutmuşlar.
Qarşıda komandanı Dünya Kuboku - bu dəfə Minskdə - və keçirilməsinə üç həftədən az qalan Avropa Çempionatı gözləyirlər.