İdman

gimnastikadan

başlayır

HAYDE BRUNEDER: AZƏRBAYCAN GİMNASTLARI BÖYÜK İRƏLİLƏYİŞLƏRƏ NAİL OLUBLAR

05 aprel 2014

HAYDE BRUNEDER: AZƏRBAYCAN GİMNASTLARI BÖYÜK İRƏLİLƏYİŞLƏRƏ NAİL OLUBLAR

Azərbaycan gimnastları son illərdə böyük irəliləyişlərə nail olublar. Bunu şənbə günü Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə Texniki komitəsinin rəhbəri Hayde Bruneder deyib.

H.Bruneder bildirib: "Ölkənizi təmsil edən idmançı qızlar artıq bir neçə ildir ki, dünyanın beş ən güclü ölkəsinin idmançıları arasındadırlar. Azərbaycanlı gimnastların medal qazandıqları sonuncu turniri yaxşı xatırlayıram".

Onun sözlərinə görə, bu irəliləyiş idmançılardan asılıdır: "Hər şey məşqçidən asılı deyil. İdmançı artıq meydançadadırsa, məşqçi heç nə edə və ya heç nəyi düzəldə bilməz. Lakin idmançı güclü və zəhmətkeşdirsə, istənilən nəticəni əldə etmək mümkündür".

Komitə rəhbəri, həmçinin bildirib ki, 13-15 iyun tarixlərində Bakıda təşkil olunacaq Avropa çempionatının keçirilməsi üçün hər şərait yaradılıb.