26 avqust 2008
Azərbaycan Gimnastika Federasiyasının kollektivi federasiyanın prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə təbrik edir.
Gimnastlarımızın Pekində başa çatmış Olimpiya Oyunlarında uğurlu çıxışı, Azərbaycan gimnastikasının dirçəlməsi və onun dünya idmanına yol açmasının əyani sübutudur.
Biz fəaliyyətinizin bundan sonra da belə səmərəli olmasını, xoş hadisələrin və ən sevindirici xəbərlərin Sizi daim müşayiət etməsini arzulayırıq.
Sizə cansağlığı və xoşbəxtlik diləyirik!