04 aprel 2015
Bu gün, 2015-ci ilin 4 aprel tarixində, Azərbaycanın Qadın İdman Gimnastikası üzrə Yığma Komandasının Baş məşqçisi Pravdin Aleksandr Yuryeviç, ömrünün 46-cı ilində qəflətən dünyasını dəyişdi.
Böyük idmanla vidalaşdıqdan sonra, A. Pravdin məşqçilik fəaliyyətinə başlamışdır. Çoxillik məşqçilik təcrübəsi olan Aleksandr Yuryeviç, 2014-cü ilin sonundan Azərbaycanın Qadın İdman Gimnastikası üzrə Yığıma Komandasına başçılıq etmiş və ailəsi ilə birgə Bakıya köçmüşdür.
Azərbaycan Gimnastika Federasiyası onun ailə üzvlərinə, yaxınları və doğmalarına dərin hüznlə başsağlığı verir və onlara səbr diləyir.