İdman

gimnastikadan

başlayır

Həftəsonu beynəlxalq arenada uğurlu nəticələr

13 aprel 2026

Həftəsonu beynəlxalq arenada uğurlu nəticələr

10-12 aprel tarixlərində Belçikanın Puurs şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu, həmçinin Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət kişi cütlüyü təmsil edib.

Təsnifat mərhələsinin nəticələrinə əsasən təmsilçilərimiz final mərhələsinə yüksəliblər. Finalda qadın qrupumuz – Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidova 29.350 xal toplayaraq qızıl medal qazanıblar.

Eyni tarixlərdə Slovakiyanın Bratislava şəhərində aerobika gimnastikası üzrə beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi gənclər yaş kateqoriyasında Ayan Ağayeva və Əminə Mustafayeva, böyüklər arasında isə Leyla Bejanova, Arzu Ağayeva, Xədicə Quliyeva və Sara Əlixanlı təmsil ediblər.

Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyevadan ibarət üçlük təsnifat mərhələsində uğurlu çıxış edərək final mərhələsinə vəsiqə qazanıb. Gimnastlarımız finalda 17.333 xal toplayaraq bürünc medalın sahibi olublar.

Bununla yanaşı, Özbəkistanın Daşkənd şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq yarışda ölkəmizi Gövhər İbrahimova və Fidan Qurbanlı təmsil edib.

Həmçinin Xorvatiyada keçirilən idman gimnastikası üzrə Dünya kubokunda kişilər arasında Nikita Simonov və Aydın Əlizadə, qadınlar arasında isə Nazənin Teymurova, Dəniz Əliyeva və Xədicə Abbaszadə çıxış ediblər.

Gimnastlarımızı əldə etdikləri uğurlar münasibətilə təbrik edir, onlara gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq.