İdman

gimnastikadan

başlayır

Həftəsonunda medal sevinci

09 mart 2026

Həftəsonunda medal sevinci

5–9 mart tarixlərində Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi təmsil edən gimnastlar uğurlu nəticələr əldə ediblər.
Belə ki, Aleksey Karataşov 26.600 xalla qızıl medal, Sənan Rzazadə 22.700 xalla qızıl medal qazanıb. Bilal Qurbanov 23.300 xalla gümüş medalın, Hüseyn Əsədullayev isə 23.300 xalla bürünc medalın sahibi olub.

Eyni tarixlərdə Portuqaliyanın Maia şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya kubokunda da gimnastlarımız qızıl medalla bizi sevindiriblər. Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu 29.600 xalla qızıl medal qazanıb.

Bundan əlavə, “Gimnastika hamı üçün” növü üzrə Slovakiyanın Trnava şəhərində keçirilən “30th Festival of Group Performance” festivalında iştirak edən “Flame” komandası 1-ci, “Magic Gym” komandası isə 2-ci yerə layiq görülüb.