İdman

gimnastikadan

başlayır

Həm fərdi proqramda, həm də komanda hesabında qələbə

04 oktyabr 2023

Həm fərdi proqramda, həm də komanda hesabında qələbə

Ötən həftə təcrübəli gimnastlarımız bizi uğurlu çıxışları ilə sevindiriblər.
30 sentyabr - 1 oktyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilən “Tumbling French Cup” turnirində ölkəmizi Tofiq Əliyev, Adil Hacızadə, Mixail Malkin, Bilal Qurbanov, Hüseyn Əsədullayev və Aleksey Karataşov təmsil edib.  
Komandamızın üzvləri Tofiq Əliyev, Adil Hacızadə və Mixail Malkin komanda hesabında birinci olublar. Gimnastlarımız fərdi proqramda da fərqləniblər.
Mixail Malkin bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Adil Hacızadə isə gümüş medala sahib çıxıb.