İdman

gimnastikadan

başlayır

Hər bir iştirakçımız medala layiq görülüb

02 may 2022

Hər bir iştirakçımız medala layiq görülüb

Aprelin 28-dən mayın 2-dək Polşanın Varşava şəhərində bədii gimnastika üzrə "XIV İrina Cup" adlı beynalxalq turnir keçirilib. Yarışda ölkəmizi fərdi proqramda Mədinə Dəmirova, İlona Zeynalova və Kamilla Qafarova təmsil ediblər. Hər bir təmsilçimiz onlara bəslənilən ümidləri doğruldaraq medallar qazanıblar. Böyüklər arasında qüvvəsini sınayan İlona Zeynalova çoxnövçülük yarışlarında qızıl, halqa ilə hərəkətlərin icrasına görə isə gümüş medal əldə edib.  Gənclər arasında mübarizə aparan komandamızın üzvü Kamilla Qafarova da çoxnövçülük yarışlarında qızıl medal qazanıb. Bu yaş kateqoriyasında çıxış edən daha bir təmsilçimiz Mədinə Dəmirova isə topla hərəkətlərin icrasına görə gümüş medala sahib çıxıb.