İdman

gimnastikadan

başlayır

Himnimiz Macarıstanda səsləndi

26 sentyabr 2021

Himnimiz Macarıstanda səsləndi

Kişi idman gimnastikası üzrə yığma komandanın üzvü Nikita Simonov Macarıstanda qızıl medal qazanıb.

Sombatxey şəhərində təşkil edilmiş qran-pri yarışlarının final mərhələsində Nikita halqalar üzərində hərəkətlərdə hakimlərdən 14.500 xal alaraq, fəxri kürsünün ilk pilləsinə yüksəlib. 2-ci və 3-cü pillələrdə isə müvafiq olaraq Avstriya və İsrail gimnastları qərarlaşıb.

Yarışda iştirak etmiş digər gimnastımız Cavidan Babayev isə təəssüf ki, final mərhələsinə adlaya bilməyib.

Nikitanı qazandığı medal münasibətilə təbrik edirik!