İdman

gimnastikadan

başlayır

Hindistan səfiri İdman Gimnastikası üzrə Dünya Kubokunda iştirak edən hindistanlı gimnastlarla görüşüb 

31 mart 2022

Hindistan səfiri İdman Gimnastikası üzrə Dünya Kubokunda iştirak edən hindistanlı gimnastlarla görüşüb 

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Milli Gimnastika Arenasında davam edən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda iştirak edən Hindistanlı gimnastlarla görüşüb.
“Hindistan öz idmançılarının Azərbaycanda keçirilən yarışlarda iştirakından qürur duyur”. Bu barədə Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə keçirilən FIG Dünya Kuboku yarışlarını izləyən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna deyib.

"Hindistan idmançılarının Azərbaycanda keçirilən yarışlarında iştirakını görəndə biz fəxr edirik, çünki bu, ölkələrimizin xalqlarını bir araya gətirir", - deyə Vanlalvavna bildirib.

"Hər dəfə Bakıda keçirilən idman yarışlarına baş çəkəndə yarışın yüksək səviyyəli təşkili məni heyran edir. Mən deyərdim ki, bu cür təşkilatçılıq bir sıra ölkələrə nümunə olmalıdır", - deyə səfir əlavə edib.