10 avqust 2015
Bədii gimnastika üzrə növbəti Dünya Kuboku mərhələsi ötən həftə Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutub.
Yarış nəticələrinə əsasən, gimnastımız Marina Durunda çoxnövçülükdə 7-ci yerdə qərarlaşıb. Gimnastımız ən yaxşı nəticəni topla göstərərək, 5-ci yeri qazanıb (18.100 xal).
Digər gimnastımız Ayşən Bayramova isə 18-ci pillədə qərarlaşıb.