İdman

gimnastikadan

başlayır

URA, “BÜRÜNC”!

15 iyun 2015

URA, “BÜRÜNC”!

Bu gün, Milli Gimnastika Arenasında dünən start götürmüş kişi və qadın idman gimnastikası üzrə komanda yarışları sona çatdı. Oleq Stepko, Petro Paxnyuk və Eldar Səfərovdan ibarət kişi idman gimnastikası üzrə Azərbaycan yığma komandası bürünc medal qazandı. Bu Azərbaycan idman gimnastikasının tarixində böyük bir uğurdur. Azərbaycan Gimnastika Federasiyası idmançılarımıza parlaq çıxışlarına görə öz təşəkkürünü bildirir və bu qələbə ilə ölkənin bütün idman ictimaiyyətini təbrik edir.

Qadın idman gimnastikası üzrə Azərbaycan yığma komandası 13-cü yerlə kifayətləndi. Xatırladaq ki, bu gimnastika növünün inkişafı ölkəmizdə iki il əvvəl başlamışdır.

İki yarış gününün nəticələrinə əsasən, həm kişilər, həm də qadınlar arasında çöxnövçülük üzrə finalçılar müəyyən olundu. Artıq 18 iyunda Oleq Stepko və Marina Nekrasova yığma komandamızı müvafiq olaraq kişi və qadın idman gimnastikası üzrə bu yarışlarda təmsil edəcəklər.

Elə həmin Oleq Stepko 20 iyun tarixində isə gimnastika atı, halqalar, dayaqla tullanma və parallel qollar üzrə finallarda çıxış edəcək.