İdman

gimnastikadan

başlayır

HÜSEYNOVA, MUSTAFAYEVA, PROKOPENKO VƏ MƏMMƏDOVA BƏDİİ GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ VƏ BAKI ÇEMPİONATININ QALİBİDİRLƏR

16 noyabr 2008

HÜSEYNOVA, MUSTAFAYEVA, PROKOPENKO VƏ MƏMMƏDOVA BƏDİİ GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ VƏ BAKI ÇEMPİONATININ QALİBİDİRLƏR

Bədii gimnastika üzrə keçirilən 15-ci Azərbaycan birinciliyi və Bakı çempionatı iştirakçıların sayına görə rekord dərəcəyə çatmışdır. Dörd yaş qrupunda çıxış edən 85 paytaxt gimnastı ilə yanaşı Gəncənin 7 idmançı da yarışda iştirak etmişdir.

Bədii gimnastikanın idman növü kimi mövcud olduğu idman cəmiyyətlərinin sayı da artmışdır: “Neftçi”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Həmkarlar İttifaqı” və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə “Təhsil” və “Zirvə” klubuda da əlavə olunmuşdur.

1993-95-ci il təvəllüdlü gimnastlar arasında mükafatlar uğrunda maraqlı mübarizə qeydə alınmışdır. Bütün turnir boyunca lider qeyd-şərtsiz olaraq 90.083 xal toplayan Respublika Kompleks İdman Məktəbinin yetirməsi Cəmilə Hüseynova olmuşdur. Bakı Gimnastika Məktəbini təmsil edən Səidə Abdullayeva ondan təxminən iki xal, klub yoldaşı Esmira Orucova isə ondan dörd xal geridə idilər.

1996-cı il təvəllüdlü gimnastların turnirində birinci yerə yenə də “Həmkarlar İttifagı”nı təmsil edən, 88.683 xal toplayan Ayşə Mustafayeva layiq görülmüşdür. Lalə Yusifova (85.767, Respublika Kompleks İdman Məktəbi) və Aynur Cabbarlı (81.567, “Neftçi”) da mükafatçılar sırasında olmuşlar.

1997-98-ci il təvəllüdlü gimnastların yarışlarında isə fəxri kürsüyə qalxmaq şərəfinə bütünlüklə Respublika Kompleks İdman Məktəbinin təmsilçiləri nail olmuşlar. Birinci yerə çoxnövçülüyün yekununda 63.267 xal toplayan Yekaterina Prokopenko layiq görülmüşdür. Mansurə Bağıyeva ondan 1,5 xal az toplamış, Gülsüm Şəfizadə isə üçüncü olmuşdur – 60.067 xal.

Nəhayət, ən kiçik yaş qrupu olan 1999-2001-ci il təvəllüdlü gimnastlar arasında qalib “Həmkarlar İttifaqı”nın yetirməsi Cənnət Məmmədova (38.367) elan olunmuşdur. Onun komanda yoldaşı Mehbarə Mansurova ikinci yerə (38.217 xal), üçüncü yerə isə Emiliya Bağıyeva (37.483 xal, Bakı Gimnastika Məktəbi) layiq görülmüşdür.

Bu yarışlarla eyni vaxtda tamblinq üzrə 9-cu Azərbaycan birinciliyi və Bakı çempionatı da keçirilmişdir. Turnirdə paytaxt tamblinqçiləri ilə yanaşı Dəvəçi gimnastları da iştirak etmişdir, lakin bütün medallar Bakı Gimnastika Məktəbinin yetirmələri tərəfindən qazanılmışdır.

Şəhər çempionatında idman ustaları arasında birinci yerə Səid Səlimov (103.4 xal) layiq görülmüşdür. İkinci yer – Hafiz Rzayev (101.4 xal), üçüncü yer – Rahib Əliyev (96.8). Birincilik üzrə qalib Orxan Bağırov (92.5 xal) elan olunmuş, gümüş medala Mixail Malkin (88.6), bürünc medala isə Nəbi Mirzəliyev (77.8) layiq görülmüşdür. İdman ustalığına namizədlər arasında ən yaxşı çıxışı Surxay Qarayev (27.4 xal) nümayiş etdirmiş, birinci dərəcəli idmançılar arasında isə birinci yerlərə Nuran Quliyev (27.33 xal) və Sevda Nəsrullayeva (26.9 xal) layiq görülmüşlər.