İdman

gimnastikadan

başlayır

Dünya Çempionatında fərdi gimnastların çıxışları sona çatdı

14 sentyabr 2018

Dünya Çempionatında fərdi gimnastların çıxışları sona çatdı

Bədii gimnastika üzrə 36-cı Dünya Çempionatına ev sahibliyi  edən Bolqarıstanın paytaxtı Sofiya son günlərdir bütün diqqətləri öz üzərinə cəmləyib. 61 ölkədən 350 gimnastın çıxış etdiyi “Armeyets” arenasında bu gün artıq fərdi gimnastlar öz proqramlarını yekunlaşdırıb.

Ölkəmizi bu turnirdə təmsil edən Zöhrə Ağamirova və çempionatın debütantlarından olan Veronika Hudis və Darya Sorokina bütün güclərini toplayaraq, ən yaxşı şəkildə öz çıxışlarını təqdim etməyə çalışıblar. Nəticədə qızlarımız komanda hesabında 38 ölkə arasında 9-cu pillədə qərarlaşıblar.

Çoxnövçülük yarışlarında isə Zöhrə 24 ən yaxşı gimnastın siyahısına daxil olmağı bacarıb. Bu proqramda mübarizə aparmış debütant idmançımız Veronika Hudisi isə finaldan cəmi 1 addım ayırıb və nəticədə gimnastımız 25-ci yerdə qərarlaşıb.

Dünya Birinciliyində ilk dəfə çıxış edən digər təmsilçimiz Darya Sorokina isə ən yaxşı nəticəsini topla çıxışında göstərib və 148 gimnast arasında 48-ci pillədə qərar tutub.

Sabah isə Sofiyanın Armets arenasında 36 qrup komandasının çıxışları start götürəcək. Bu proqramda ölkəmizi  Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova təmsil edəcəklər.