12 sentyabr 2016
9-11 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində bədii gimnastika üzrə “Aeon Cup” adlı ənənəvi Klublararası Dünya Çempionatı keçirilmişdir.
İlin ən vacib hadisəsi olan Rio-de-Janeyroda baş tutan Olimpiya Oyunlarından sonra təşkil olunmuş bu yarışlarda Azərbaycanı böyük gimnastlar Marina Durunda və Jalə Piriyeva, o cümlədən gənc idmançı Zöhrə Ağamirovadan ibarət “Ocaq” İdman Klubu təmsil etmişdir.
Gimnastlarımızın yarışlarda göstərdiyi nəticələrə əsasən, “Ocaq” İdman Klubu 26 klub arasında 4-cü yerdə qərarlaşmışdır. Rusiyanın “Qazprom” klubu 1-ci, Belarusun “Dinamo” klubu 2-ci, Ukraynanın “Deriugina School” klubu isə 3-cü yeri tutmuşdur.