İdman

gimnastikadan

başlayır

ŞAĞANDA KEÇİRİLƏN BİRGƏ YARIŞ ƏSL GİMNASTİKA BAYRAMINA ÇEVRİLDİ!

23 dekabr 2013

ŞAĞANDA KEÇİRİLƏN BİRGƏ YARIŞ ƏSL GİMNASTİKA BAYRAMINA ÇEVRİLDİ!

Xəzərin sahilində yerləşən Şağan qəsəbəsindəki Olimpiya İdman Kompleksində başa çatan idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə turnir yaddaşlarda daha çox… batutla nümunəvi çıxışlarla qaldı.

Hər kəs növbəti dəfə idman gimnastikası üzrə mütləq Azərbaycan çempionu olan Şakir Şıxəliyevin, başqalarından daha yaxşı çıxış edən tamblinq ustası Səid Səlimovun və ya qalib akrobatlar Aynur Huseynova və Nərmin Ramazanovun (qadın cütlüyü), həmçinin Elçin Əlibəyov və Emin Gülməmmədlinin (kişi dueti) üstünlüklərini qiymətləndirir.

Sadəcə olaraq, batut Azərbaycan Gimnastika Federasiyasında nisbətən yaxın vaxtlarda inkişaf etməyə başlayan, daha çox gənc tamaşaçı toplayan yeni idman növüdür. Yarışda yığmamızın "uçan" gimnastı Ruslan Ağamirovun çıxışı tamaşaçıları səhnəyə topladı. Hətta akrobatika üzrə məşqçilərdən biri neçə asan havada süzməyi bacardığını göstərməklə həm tamaşaçıları, həm də mütəxəssisləri təəccübləndirdi.

Bir sözlə, Yeni il bayramı ərəfəsində gimnastların bayramı baş tutdu və hamı idman kompleksinin zövqlə bəzədilmiş rahat zalını yüksək əhval-ruhiyyə ilə tərk etdi.