29 aprel 2013
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aynur Mustafayeva, Emiliya Bağıyeva və Nülufər Niftalıyeva bu nəticəni finalda 5 halqa ilə tapşırıqlar zamanı əldə ediblər. Azərbaycan gimnastları Belarusdan olan güclü komandanı qabaqlayıb, ikinci yeri tutan rusiyalı kollektivdən isə, cəmi 0.016 bal geri qalıb! Birinciliyi bolqarıstanlı gimnastlar əldə ediblər.
Marina Durunda da Dünya kubokunun finalında dörd dəfə iştirak etməklə yadda qalıb. Onlardan sonuncusunda - lentlə edilən tapşırıqlar zamanı 16 yaşlı bakılı idmançı inamla çıxış edərək Belarus, Koreya və iki ukraynalı idmançıdan sonra 5-ci pilləni tutub. Gürzlər və çoxnövçülük üzrə tapşırıqlar zamanı o 7-ci, həmçinin halqa və topla tapşırıqlar zamanı isə finalda ilk səkkizliyə iki dəfə daxil olub.
İkinci azərbaycanlı iştirakçı Lalə Yusifova çoxnövçülükdə 12-ci pilləni tutub.
"Nəhayət, heyətində Səbinə Abbasova, İradə Əhədzadə, Mənsurə Bağıyeva, Səbinə Qaratova, Siyana Vasileva və Aliyə Paşayevanın daxil olduğu böyüklərdən ibarət Azərbaycan qrup komandası çoxnövçülükdə 6-cı olub. Onlar təsnifatda 3 topla və 2 lentlə üçüncü nəticə qazanaraq final mərhələsinə çıxıblar. Lakin son mərhələdə altıncı pilləni tutublar. Hər bir halda, mən çox şadam ki, həm fərdi, həm də qrup halında bizim gimnastlar hər yarışda finalçılar və mükafatçılar arasında olurlar. Xətt saxlanılır və mən ümid edirəm ki, o, Vyana da keçiriləcək Avropa çempionatına qədər qalan iki yarışda da düşməyəcək", milli komandanın baş məşqçisi Mariana Vasileva bildirib.