İdman

gimnastikadan

başlayır

Yuniorların bürünc medalı

13 aprel 2017

Yuniorların bürünc medalı

Bədii gimnastika üzrə yeniyetmələrdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Darya Sorokina, Nərmin Cahangirova, Narın Qurbanova və Fatimə Əkbərova İtaliyanın Pesaro şəhərində keçirilən beynəlxalq turnirdə (11-13 aprel) çıxış ediblər.  10 gürzlə icra etdikləri kompozisiya ilə qızlarımız yalnız Rusiya və İsrail komandasından geri qalaraq bürünc medal əldə ediblər.

Böyüklər arasında fərdi proqramda çıxış edən Zöhrə Ağamirova təsnifat mərhələsində hər 4 alət ilə uğurlu çıxış edərək, finallara yüksəlməyi bacarıb. Yekun mərhələdə o, ən yaxşı nəticəni halqa ilə göstərərək, medalın bir addımlığında – 4-cü yerdə qərarlaşıb.