11 iyul 2016
8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilmişdir.
Gimnastlar Marina Durunda və Jalə Piriyeva Azərbaycanı bu yarışlarda təmsil etmişlər.
36 gimnast arasında keçirilən çoxnövçülük yarışlarında Marina 7-ci, Jalə isə 19-cu yerdə qərarlaşmışdır.
Ayrı-ayrı alətlər üzrə finallarda çıxış edən Marina lentlə 6-cı, gürzlərlə 7-ci, halqa və topla hərəkətlərdə 8-ci yerləri tutmuşdur.