İdman

gimnastikadan

başlayır

Kişi cütlüyümüz dünya çempionatının bürünc medalını qazanıb

11 mart 2022

Kişi cütlüyümüz dünya çempionatının bürünc medalını qazanıb


Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında bürünc medala sahib olub. Cütlüyümüzün qarışıq hərəkətlər üzrə final mərhələsində çıxışı 28,270 xalla qiymətlənirilib.
Təmsilçilərimiz cüzi fərqlə rəqiblərindən, yarışın qalibi olan ABŞ (28,400 xal) akrobatlarından və  ikinci pillədə qərarlaşan Qazaxıstanlı cütlükdən (28,330 xal) geri qalıblar.