26 noyabr 2024
“Kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci Ölkə çempionatı və birinciliyi” yarışları uğurla başa çatdı. İki gün davam edən yarışlarda müxtəlif yaş kateqoriyaları üzrə gimnastlar birincilik uğrunda mübarizə apardılar.
Yarışda Balakən Olimpiya İdman Kompleksi, “Ocaq” Sport Klubu (Bakı və Sumqayıt bölmələri), Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi və Sumqayıt Olimpiya Kompleksindən 17 qadın, 33 kişi olmaqla, ümumilikdə, 50 idmançı öz bacarıqlarını sınayıb.
Qadın idman gimnastikasında – uşaqlar (2014-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər), gənclər (2009-2011-ci il təvəllüdlülər), böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər), kişi idman gimnastikasında isə yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) qrup B, gənclər (2007-2008-ci il təvəllüdlülər) qrup A və böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər) kateqoriyalarında idmançılar öz performanslarını nümayiş etdiriblər.
Yarışın birinci günündə gimnastlar fərdi çoxnövçülük üzrə, ikinci gündə isə ayrı-ayrı alətlərdə (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) çıxışlar sərgilədilər.
Sonda hər kateqoriya üzrə qalib olan gimnastlar mükafatlandırıldı.
Qalib olan gimnastlarımızı təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik!
Yarışın nəticələriylə tanış olmaq üçün linkə keçid edə bilərsiniz: Nəticələr