İdman

gimnastikadan

başlayır

"ScalabisCup" beynəlxalq turnirindən 3 gümüş, 1 bürünc

10 iyul 2023

İyulun 4-dən 6-dək Portuqaliyanın Santarem şəhəri batut gimnastikası üzrə "ScalabisCup" beynəlxalq turnirinə ev sahibliyi edib. Yarışda batut gimnastikası və tamblinq üzrə təmsilçilərimiz qüvvələrini sınayıblar.
Yığmamızın aktivinə ilk medalı Bilal Qurbanov, Hüseyn Əsədullayev və Aleksey Karataşovdan ibarət komandamız yazdırıb. Təmsilçilərimiz gümüş medala layiq görülüblər.
Batut gimnastikası üzrə təmsilçilərimiz Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev, Hüseyn Abbasov da eyni uğura imza ataraq, komandamızın hesabına daha bir gümüş medal yazdırıblar.
Yığma komandamızın üzvləri Hüseyn Abbasov fərdi proqramda gümüş, İbrahim Mustafazadə və Fərhad Mustafayev isə bürünc medallar əldə ediblər.