İdman

gimnastikadan

başlayır

Komandamızın “Qızıl Yaş” gimnastika festivalında təqdim etdiyi kompozisiya  maraqla qarşılanıb 

10 oktyabr 2022

Komandamızın “Qızıl Yaş” gimnastika festivalında təqdim etdiyi kompozisiya  maraqla qarşılanıb 

Oktyabrın 2-dən 7-dək Portuqaliyanın Funşal şəhərində gimnastika hamı üçün növü üzrə “Qızıl Yaş” gimnastika festivalı  (“Golden Age” - 50 yaş və yuxarı) keçirilib. 18 ölkədən 1600 nəfərdən çox iştirakçının çıxış etdiyi tədbirdə ölkəmizi “Flame” komandası təmsil edib. Təmsilçilərimizin təqdim etdikləri maraqlı və dinamik kompozisiya, eləcə də geyimləri azarkeşlər və  digər ölkə nümayəndələri tərəfindən maraqla qarşılanıb və idmançılarımız Qalada iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, komandamızın nümayiş etdirdiyi kompozisiya baş məşqçi Ruslan Eyvazov və xoreoqraf İldırım Mirməmmədov tərəfindən qurulub. 
Festival çərçivəsində həmçinin təcrübə və sağlamlıq məqsədilə bir sıra ustad dərsləri, su aerobikası üzrə məşğələlər və digər tədbirlər keçirilib.
Qeyd edək ki, Avropa Gimnastikasına aid 2 ildən bir təşkil olunan  “Qızıl Yaş” gimnastika festivalı 50 və daha yuxarı yaşlı şəxsləri bir araya gətirərək gündəlik həyatda idmanın, xüsusilə də gimnastikanın vacib olduğunu önə çəkir.