22 oktyabr 2012
Azərbaycan gimnastı Lalə Yusifova Berlində keçirilən Qran-pri seriyası yarışında iki medal qazanıb!
Bu günlərdə Bakı çempionatının qalibi olmuş gimnast gürzlərlə (27.4 bal) hərəkətinin finalında ikinci və lentlə (26.7) kombinasiyanın finalda icrasından sonra fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, məhz gürzlərlə hərəkətin finalı ən parlaq təəssürat yaradıb. "Lalə hərəkətləri sadəcə gözəl yerinə yetirdi! O Olimpiadanın vitse-çempionu rusiyalı Darya Dmitriyevadan sonra layiqincə ikinci yeri tutdu. Ona görə mən nəticələrdən razıyam. Hərçənd hesab edirəm ki, o daha da yaxşı ola bilərdi. Bununla yanaşı, bu, onun Qran-pridə ilk medallarıdır, Lalə təcrübə toplayıb, tamaşaçılar onu hərarətlə qarşılayır və hakimlər də onun haqqında müsbət fikirdədirlər. 10 gündən sonra Çexiyada növbəti Qran-pri turniri keçiriləcək və ümid edirəm ki, Yusifova orada da pis çıxış etməyəcək", baş məşqçi bildirib.
Bu arada ölkə yığmasının lideri Aliyə Qarayeva İtaliyanın Biella şəhərində keçirilən klub çempionatının А1 seriyasının birinci turunda çıxış edib. Onun komandası "Ritmika Pyemont" 6-cı yeri tutub, Qarayeva özü isə lentlə hərəkətlərə görə 27.45 bal alaraq kollektivdə birinci, bu alətlə çıxış edən gimnastlar arasında isə ikinci nəticəni göstərib. А1 seriyasının ikinci turu noyabrın 3-də Çietidə keçiriləcək.