İdman

gimnastikadan

başlayır

Litvalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazanıb

18 mart 2017

Litvalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazanıb

Litvalı gimnast Tomas Kuzmiçkas Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə qızıl medal qazanıb.

Trend-in məlumatına görə o, 14.166 xal toplayıb.

İkinci yeri 14.000 xalla Belarus gimnastı Pavel Bulavski, üçüncü yeri isə 13.900 xalla yaponiyalı Naoto Hayasake tutub.

Azərbaycan gimnastı Murad Ağarzayev 13.300 xal yığaraq beşinci yerə sahib olub.

“Trend” İnformasiya Agentliyi, 18 mart 2017-ci il