İdman

gimnastikadan

başlayır

Mahsudovanın topladığı mükəmməl xal böyük nəticəyə imza atmasını təmin etdi

02 aprel 2024

Mahsudovanın topladığı mükəmməl xal böyük nəticəyə imza atmasını təmin etdi

Heç bir çıxış Azərbaycan idmançısı Selcan Mahsudovanın performansı kimi diqqəti cəlb etmədi. Tarazlı və dəqiqliklə yerinə yetirilmiş çıxışa görə Azərbaycan təmsilçisi batut gimnastikası üzrə fərdi qadınlar arasında final yarışında tam 10 xalı əldə etdi. Çox nadir hallarda qeydə alınan hər bir elementi batutun tam ortasına enməklə icra edən, S. Mahsudova qüsursuz çıxış nümayiş etdirdi. İcra etdiyi 10 elementə görə 54.400 xal toplayan 20 yaşlı gimnast ilk böyük beynəlxalq qələbəsini təmin etdi.

 

Şimal dəniz ölkələri, Azərbaycan və İtaliya Hollandiyanın Alkmar şəhərində keçirilən batut gimnastikası üzrə Dünya kubokunda qızıl medala sahib çıxıblar
- Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytında dərc olunmuş məqalədən bir hissə