İdman

gimnastikadan

başlayır

Maqsud Mahsudov ikiqat dünya birincisi oldu

25 noyabr 2021

Maqsud Mahsudov ikiqat dünya birincisi oldu

Bu gün Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının final mərhələsində çıxış edən Maqsud Mahsudov 13-14 yaş kateqoriyasında fərdi batut yarışlarının qalibi olub. 

Qeyd edək ki, Maqsud 2019-cu ildə Tokioda təşkil edilmiş yarışlarda 11-12 yaş qrupunda fərdi batut proqramında qalib olmuşdu. Hüseyn Abbasovla birlikdə həm həmin yarışların, həm də 2021-ci ilin may ayında təşkil olunmuş Avropa Çempionatının sinxron proqramda gümüş medalını qazanmışdı.

Beləliklə, gənc və istedadlı batutçumuz doğma Milli Gimanstika Arenasında da mükəmməl çıxış nümayiş etdirərək, bir daha dünyanın ən yaxşısı olduğunu sübut etdi. 2-ci və 3-cü yerlədə isə Rusiya təmsilçiləri qərarlaşdı.

Qazanılmış uğur münasibətilə hər kəsi təbrik edirik!