İdman

gimnastikadan

başlayır

Mariana Vasilevanı təbrik edirik!

29 noyabr 2021

Mariana Vasilevanı təbrik edirik!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin üzvü, bədii gimnastika üzrə yığma komandanın Baş məşqçisi Mariana Vasileva bu gün Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

M.Vasileva 2009-cu ildən etibarən Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi, 2015-ci ildən isə Azərbaycan Gimnastika Federasiyasının İcra komitəsinin üzvüdür.

O, ölkəmizdə gimnastika növlərinin təşviqi və təbliği sahəsində böyük xidmətlər göstərmişdir. M. Vasilevanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi olduğu müddətdə gimnastlarımız Avropa Çempionatlarının medalçıları arasında yer almış, Dünya Çempionatı və Olimpiya Oyunlarının finalçıları sırasına daxil olmuşlar.

M. Vasileva bölgələrimizdə də gimnastika növlərinin inkişafına çox böyük töhvə vermişdir.

Gimnastika ailəsinin bir üzvü olan Mariana Vasilevanı nazir müavini təyin edilməsi münasibətilə bütün gimnastika ictimaiyyəti adından ürəkdən təbrik edir və yeni fəaliyyətində ona müvəffəqiyyətlər arzu edirik!