İdman

gimnastikadan

başlayır

MARİNA DURUNDA - QIZIL MEDALIN SAHİBİ

25 avqust 2014

MARİNA DURUNDA - QIZIL MEDALIN SAHİBİ

24 avqust tarixində Polşanın Rumia şəhərində bədii gimnastika üzrə 10-cu Baltik Kuboku yekunlaşıb.


Azərbaycan Gimnastika Federasiyasının verdiyi məlumata görə, komandanın lideri Marina Durunda çoxnövçülükdə parlaq çıxış nümayiş etdirərək, hakimlər tərəfindən 72.400 xalla qiymətləndirildi. Beləliklə, qızıl medal qazanan gimnastımız, geridə iki İsrailli gimnastı – 71.800 xal toplayan Neta Rivkin və 69.550 xal toplayan Viktoriya Filanovskini geridə qoyub. Durunda həmçinin, gürzlərlə qızıl medal, top və halqa ilə isə gümüş medal qazanıb.


Digər təmsilçimiz Gülsüm Şəfizadə bürünc mükafatından bir az geridə qalaraq, 4-cü nəticəni görsətdi. Turnirdə Azərbaycanı fərdi gimnastlarımız Nilufər Niftalıyeva və Ayşən Bayramova da təmsil edirdi.


“Marinanın çıxışı məni çox sevindirdi, onun yarış nəticələri hər yarışdan yarışa stabilləşir.Topla finala qədər yüksələn Ayşən Bayramovanı da qeyd etmək istərdim, bu turnir onun üçün ilk ciddi start idi”, deyə - Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva yetirmələrinin uğurlarını şərh edib.


Dünya Çempionatı ərəfəsində gimnastlarımızı, bu turnirdən başqa daha bir yarış gözləyir. 5-6 sentyabr tarixlərində Kazanda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda ölkəmizi Ayşən Bayramova və Nilufər Niftalıyeva təmsil edəcək.