11 sentyabr 2017
Kişi və qadın idman gimnastikası üzrə Macarıstanın Sombatxey şəhərində keçirilən Dünya Çempionatı öncəsi “Challenge” seriyasına aid son Dünya Kuboku mərhələsində (8-10 sentyabr) Marina Nekrasova ilk dəfə olaraq QIZIL medala layiq görülüb. Dayaqlı tullanma hərəkətləri üzrə təsnifat mərhələsindən 3-cü yerlə finala keçən komandamızın lideri, final çıxışını daha da mükəməlləşdirərək qələbə qazanıb.
Marina növbəti final çıxışını isə gimnastika tirində icra edərək, 8-ci yerlə kifayətlənib.
Turnirdə digər təmsilçilərimiz Yuliya İnşına, Yekaterina Tişkova, Murad Ağarzayev və Bence Talas arasında isə ən yaxşı nəticəni dayaqlı tullanma üzrə final mərhələsində medalın bir addımlığında qərarlaşan Yuliya göstərib.