İdman

gimnastikadan

başlayır

MEDAL COĞRAFİYASI

02 iyul 2012

MEDAL COĞRAFİYASI

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beşqat ölkə çempionu bürünc medalları top (28,8 bal), halqa (28,8) və lentlə (28.875) hərəkətlərdə əldə edib. O, gürzlərlə tapşırıqda 4-cü olub.

Aliyə Qarayeva, həmçinin çoxnövçülükdə dördüncü yeri tutub. Gimnastımız bu növdə Yevgeniya Kanayeva, Darya Dmitriyeva və Aleksandra Merkulovadan ibarət Rusiya üçlüyünü irəli buraxıb. O, Belarusdan olan əzəli rəqibi Lyubov Çerkaşinanı 1 baldan çox qabaqlayıb.

Avtstriya Qran-prisi ilə paralel olaraq, İtaliyanın Turin şəhərində beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi üç yeniyetmə gimnast təmsil edib.

Turində ən yaxşı nəticəni 8 yaşlı Zərniyar Əliyeva göstərib. O, iplə hərəkətlərdə birinci olduğu halda, alətsiz hərəkətlərdə və çoxnövçülükdə ikinci yeri tutub. Onun həmyaşıdı Arzu Cəlilova topla tapşırıqda hamını qabaqlayıb, Zöhrə Ağamirova (2001-ci il təvəllüdlü) isə alətsiz hərəkətlərdə gümüş medalla kifayətlənib.

Ölkə gimnastlarının iştirakı ilə yeniyetmələr arasında daha iki yarış keçirilib. Onlardan biri Krasnodarda təşkil edilib. Orada ən yaxşı nəticəni öz yaş kateqoriyalarında birinci olan Ləman Hacıyeva (2002-ci il təvəllüdlü) və 9 yaşlı Aydan Ağayeva göstəriblər. Onların komanda yoldaşları - 8 yaşlı Lalə və Diana Kramarenko bacıları, müvafiq olaraq, gümüş və bürünc medallara sahib çıxıblar.

Növbəti dayanacaq İstanbul olub. Belə ki, Aydan və Lalə, eləcə də digər gimnastlar İstanbulda yenidən yarışların mükafatçıları sıralarına daxil olublar. Ağayeva halqa ilə hərəkətlərdə birinci, alətsiz tapşırıqda üçüncü olub, Kramarenko isə alətsiz hərəkətlərdə qızıl medala sahib çıxıb. Ləman Dadaşlı (1998-ci il təvəllüdlü) öz yaş qrupunda birinci olub, 9 yaşlı Ləman Hüseynova topla hərəkətlərdə qızıl, alətsiz tapşırıqda isə gümüş medal qazanıb. Natalya Quliyeva (2001-ci il təvəllüdlü) gürz ilə hərəkətlərdə birinci, topla tapşırıqda isə ikinci yeri tutub. 12 yaşlı Simarə Cəfərova halqa ilə hərəkətlərdə qızıl, topla tapşırıqda isə bürünc medala sahib çıxıb. Zeynəb Hümbətova (1999-cu il təvəllüdlü) çoxnövçülükdə ikinci nəticə göstərib, 10 yaşlı Darya Sorokina topla, Mədinə Mustafayeva (2001-ci il təvəllüdlü) və 12 yaşlı Mədinə Əhmədova halqa ilə hərəkətlərdə ikinci yeri tutublar.

Ölkə gimnastları üçün növbəti turnir iyulun 8-10-da Yakutskda keçiriləcək V Beynəlxalq "Asiya uşaqları" idman yarışları olacaq. Azərbaycanı yarışda Avro-2012-nin bürünc mükafatçısı Nülufər Niftalıyeva və Avro-2011-də üçüncü yer tutan Mənsurə Bağıyeva təmsil edəcəklər.