13 sentyabr 2015
Ötən şənbə, Tel Aviv şəhərində kişi idman gimnastikası üzrə 1-ci Açıq İsrail Kuboku keçirilib. İdmançılarımız Oleq Stepko və Petro Paxnyuk bu yarışda iştirak ediblər.
Bakı 2015 1-ci Avropa Oyunlarının qızıl medalçısı Oleq Stepko çoxnövçülükdə 89 xal toplayaraq, fəxri kürsünün 1-ci pilləsinə yüksəldi. Avropa Oyunlarının komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk 4-cü yerdə qərarlaşdı. 2-ci yeri Xorvatiya idmançısı Filip Ude, üçüncü yerə isə podiumun sahibi Aleksandr Şatilov layiq görüldü.
Ayrı-ayrı növlərdə, Oleq halqalar və parallel qollar üzərində hərəkətlərdə qızıl medal qazandı. Sərbəst hərəkətlərin icrası, həmçinin gimnastika atı və turnik üzərində çıxışı isə ona “gümüş” gətirdi.
Petro Paxnyukun isə sərbəst hərəkətlərdə bütün iştirakçılardan güclü olduğu məlum oldu. Dayaqla tullanmada isə, o, 3-cü yerə layiq görüldü.