İdman

gimnastikadan

başlayır

BƏDİİ GİMNASTLARIN KORBEY-ESONN VƏ BRNO MEDALLARI

09 may 2016

BƏDİİ GİMNASTLARIN KORBEY-ESONN VƏ BRNO MEDALLARI

Ötən həftəsonu, Fransanın Korbey-Esson şəhərində “Souvenir Véronique DE KRISTOFFY” adlı beynəlxalq turnir keçirildi.

Marina Durunda bu yarışlarda bir dəfəyə 5 gümüş medal qazandı (çoxnövçülük, halqa, top, gürzlər və lent). 6-cı gümüş medalı Marina komanda hesabında komanda yoldaşları Gülsüm Şəfizadə və gənclər proqramı ilə çıxış edən İlahə Məmmədova ilə birlikdə qazandı. Fərdi çoxnövçülükdə isə, Gülsüm və İlahə müvafiq olaraq, 11-ci və 8-ci yerlərdə qərarlaşdılar.

Həmçinin gümüş medala eyni vaxtda Brnoda (Çexiya) keçirilən gənclər arasında “Tart Cup” adlı beynəlxalq turnirdə iplə final hərəkətlərdə gimnast Veronika Qudis layiq görüldü.